Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Golden Boy-2022" kim olacaq?

Tarix: 16 Iyun 2022 08:42

2022-ci il "Golden Boy" mükafatına namizədlərin siyahısı məlum olub.

İtaliyanın "Tuttosport" nəşri Avropanın 21 yaşa qədər ən yaxşı gənc futbolçusu mükafatı uğrunda mübarizə aparan 100 futbolçunun siyahısını dərc edib.

Namizədlər arasında Dortmund "Borussiya"sının yarımmüdafiəçiləri Cud Bellingem və Kari Adeyemi, "Real Madrid"in yarımmüdafiəçisi Eduardu Kamavinqa, "Barselona"nın futbolçuları Pedri, Fati və Qavi, "Bavariya"nın yeni futbolçusu Rayan Qravenberç, Kiyev "Dinamo"sunun müdafiəçisi İlya Zabarnı və başqaları var.

Qeyd edək ki, 2003-cü ildə ovaxtkı "Ayaks"ın yarımmüdafiəçisi Rafael van der Vart mükafatın ilk sahibi olub. "Tuttosport" mükafatının hazırkı qalibi "Barselona"nın 19 yaşlı yarımmüdafiəçisi Pedridir.

Milli.Az


Etiketlər:  Golden Boy 2022 kim olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ