Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Külək güclənəcək, yağış yağacaq - SABAHIN HAVASI

Külək güclənəcək, yağış yağacaq - SABAHIN HAVASI

Tarix: 16 Iyun 2022 13:08

İyunun 17-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək.

Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 20-23° isti, gündüz 28-31° isti olacaq. Bakıda gecə 20-22° isti, gündüz 28-30° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-60 % olacaq.

Əksər rayonlarda əsasən yağmursuz hava olacaq. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 31-36° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.

Milli.Az


Etiketlər:  Külək güclənəcək yağış yağacaq SABAHIN HAVASI


RƏYLƏR