Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlanla metroya mindi - VİDEO

İlanla metroya mindi - VİDEO

Tarix: 16 Iyun 2022 17:46

Rusiyanın Sankt-Peterburq şəhərində metronun sərnişinləri qeyri-adi qonaqla - nəhəng pitonla səyahət etmək şansı əldə ediblər. Görüntüləri şahidlərdən biri çəkib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, videoda sərnişinlərin ilandan qorxmadığı, əksinə ona maraqla baxdığı əks olunub.

Bununla belə "soyuqqanlı sərnişin"in ora necə düşdüyü barədə məlumat verilməyib.

Kadrlar sosial şəbəkələrdə çoxlu müzakirələrə səbəb olub. Sərnişinlərin nəhəng sürünənə qarşı qeyri-adi sakit reaksiyası isə hər kəsi xüsusilə təəccübləndirib.


Etiketlər:  İlanla metroya mindi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ