Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyun 2022 18:08
Ötən il sel fəlakətinin baş verdiyi Karadeniz bölgəsi yenidən risk altındadır.
Bu barədə "TRT Haber" məlumat yayıb.
Dəniz suyunun temperaturu və rütubətinin artmasına diqqət çəkən mütəxəssislərin sözlərinə görə, bu il bölgədə sel fəlakəti baş verə bilər.
2021-ci ilin yayında Sinop və Bartın başda olmaqla Kastamonu və Bozkurt vilayətlərində böyük sel fəlakəti yaşanıb.
80-dən çox insanın həyatını itirdiyi fəlakətdən sonra bu il Karadenizdə sel və daşqın ehtimalları qiymətləndirilir. (publika.az)