Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

SOCAR-ın adından saxta iş təkliflərinə inanmayın

SOCAR-ın adından saxta iş təkliflərinə  inanmayın

Tarix: 16 Iyun 2022 23:28

Son zamanlar Azərbaycan Respublikası Dövlət Neft Sirkətinin (SOCAR) adından istifadə edilərək maddi maraq qarşılığında hüquqi və fiziki şəxslərə fərdi və korporativ qaydada əməkdaşlıq, işə düzəltmə, investisiya yatırma imkanları və s. ilə bağlı müxtəlif təkliflər edilir.

SOCAR-dan verilən məlumata görə, müraciətlər əsasən sosial media platformaları, elektron ünvan və ya telefon zəngləri vasitəsi ilə həyata kecirilir.

"Bununla əlaqədar olaraq mənbəyi məlum olmayan və SOCAR-ın rəsmi mənbələrində əks olunmayan heç bir məlumata etibar etməməyinizi, bu kimi hallarla rastlaşarkən dərhal hüquq mühafizə orqanlarına müraciət etməyinizi, habelə həmin məlumatı SOCAR-ın [email protected] ünvanına göndərməyinizi təkidlə xahiş edirik!", - qurumdan bildirilib.

Həmçinin qeyd olunub ki, SOCAR-ın adından istifadə edərək dələduzluqla məşğul olanların şirkətə heç bir aidiyyəti yoxdur.

SOCAR onun adından istifadə edərək verilən vədlər üzrə heç bir məsuliyyət daşımır. SOCAR-da işə qəbul şirkətin müvafiq standartlarına və digər normativ sənədlərinə uyğun olaraq müsabiqə yolu ilə həyata kecirilir. SOCAR-ın müəssisə və təşkilatları tərəfindən təqdim olunan boş iş yerləri (vakansiyalar) yalnız şirkətin veb-saytının www.socar.az "karyera" bölməsinin "İşə qəbul" hissəsində elan olunur. Eyni zamanda SOCAR- ın vakansiyaları ilə bağlı məlumatlar "Linkedin" sosial şəbəkəsində mövcud olan "SOCAR Karyera" səhifəsində mütəmadi olaraq paylaşılır", - şirkətdən bildirilib.

Milli.Az


Etiketlər:  SOCAR ın adından saxta təkliflərinə inanmayın


RƏYLƏR