Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyun 2022 23:04
Xəbər verdiyimiz kimi, Böyük Britaniyanın Baş naziri Boris Conson Ukraynaya səfər edib.
Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, səfər zamanı Consonla Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevi gəziblər.
Onlar Mixaylovski meydanı ilə gəzərək, paytaxtdakı Müqəddəs Mixail Qızıl Günbəzli Monastırını ziyarət ediblər.
Bundan əlavə, Zelenski və Conson Ukraynanın həlak olan qəhrəmanlarının xatirəsini yad ediblər.
Onlar Rusiya Ordusunun məhv edilmiş hərbi texnikasının sərgisinə də baxıblar.
Xatırladaq ki, Boris Conson 2 ay əvvəlki səfəri zamanı da Zelenski ilə birlikdə Kiyevi gəzmişdi.