Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kürdəmirdə mikroavtobus piyadanı vurub öldürüb

Kürdəmirdə mikroavtobus piyadanı vurub öldürüb

Tarix: 18 Iyun 2022 08:04

Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Ərşəli kəndindən keçən hissəsində qeydə alınıb.

38 yaşlı sürücü - Ağdaş rayon sakini Nəbizadə Mövlud Məhəmmədnəbi oğlu "FORD" markalı mikroavtobusla Bakı istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən Kürdəmir rayon Sığırlı kənd sakini Qarayev Əliqisməti vurub. Zərbənin təsirindən piyada elə hadisə yerindəcə dünaysını dəyişib. Onun meyidi müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb. Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Kürdəmirdə mikroavtobus piyadanı vurub öldürüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ