Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

BDU-da Avrasiya Universitetləri Həmkarlar Təşkilatları Assosiasiyasının qurultayı keçirilib (FOTO)

BDU-da Avrasiya Universitetləri Həmkarlar Təşkilatları Assosiasiyasının qurultayı keçirilib (FOTO)

Tarix: 19 Sentyabr 2019 19:00

Bakı. Trend:

Bakı Dövlət Universitetində (BDU) Avrasiya Universitetləri Həmkarlar Təşkilatları Assosiasiyasının 32-ci qurultayı keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, BDU tərəfindən təşkil olunan qurultay bu ali təhsil ocağının 100 illik yubileyinə həsr edilib.

Rektor Elçin Babayev 100 yaşlı Bakı Dövlət Universitetinin keçdiyi inkişaf yolundan, onun elm və təhsilimizin inkişafındakı rolundan danışıb. Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti 1919-cu il sentyabrın 1-də “Bakı şəhərində dövlət universitetinin təsis edilməsi haqqında” Qanun qəbul edib. Cəmi iki fakültə ilə fəaliyyətə başlayan universitet yarandığı gündən millətin qürur mənbəyinə çevrilib.

Azərbaycan Prezidenti İlham Əliyevin “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamının əhəmiyyətindən danışan Elçin Babayev ali təhsil müəssisəsinin fəaliyyəti, beynəlxalq əlaqələri, layihələri barədə məlumat verib.

Rektor “Qlobal inteqrasiya və rəqabətin gücləndiyi şəraitdə ali məktəblərdə sosial-əmək münasibətləri” mövzusunda keçirilən qurultaya 8 ölkədən 50 nəfərə yaxın nümayəndə heyətinin, o cümlədən Rusiya, Ukrayna, Belarus, Moldova, Qazaxıstan və digər ölkələrin aparıcı universitetlərinin həmkarlar təşkilatlarının rəhbərlərinin qatıldığını bildirib.

Sonra Assosiasiyanın prezidenti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Həmkarlar Təşkilatının sədri, rektorun müşaviri İqor Borisoviç Kotlobovski rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə təqdimatla çıxış edib. O, sosial məsələlərin həlli istiqamətində həmkarlar təşkilatlarının rolundan danışıb və bu təşkilatların fəaliyyətinin genişləndirilməsinin vacibliyini vurğulayıb.

Digər çıxış edənlər də qurultayın Azərbaycanın ilk və ən böyük universitetinə həsr olunmasının əhəmiyyətini qeyd ediblər.

Qurultayın təşkilat qrupunun rəhbəri, Assosiasiyanın vitse-prezidenti, Bakı Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin sədri Fikrət Şiriyev qurultayın universitetimizin və ölkəmizin beynəlxalq nüfuzuna verəcəyi töhfələrdən danışıb.

BDU-da Avrasiya Universitetləri Həmkarlar Təşkilatları Assosiasiyasının qurultayı keçirilib (FOTO) BDU-da Avrasiya Universitetləri Həmkarlar Təşkilatları Assosiasiyasının qurultayı keçirilib (FOTO) BDU-da Avrasiya Universitetləri Həmkarlar Təşkilatları Assosiasiyasının qurultayı keçirilib (FOTO) BDU-da Avrasiya Universitetləri Həmkarlar Təşkilatları Assosiasiyasının qurultayı keçirilib (FOTO) BDU-da Avrasiya Universitetləri Həmkarlar Təşkilatları Assosiasiyasının qurultayı keçirilib (FOTO) BDU-da Avrasiya Universitetləri Həmkarlar Təşkilatları Assosiasiyasının qurultayı keçirilib (FOTO) BDU-da Avrasiya Universitetləri Həmkarlar Təşkilatları Assosiasiyasının qurultayı keçirilib (FOTO) BDU-da Avrasiya Universitetləri Həmkarlar Təşkilatları Assosiasiyasının qurultayı keçirilib (FOTO) BDU-da Avrasiya Universitetləri Həmkarlar Təşkilatları Assosiasiyasının qurultayı keçirilib (FOTO) BDU-da Avrasiya Universitetləri Həmkarlar Təşkilatları Assosiasiyasının qurultayı keçirilib (FOTO) BDU-da Avrasiya Universitetləri Həmkarlar Təşkilatları Assosiasiyasının qurultayı keçirilib (FOTO) BDU-da Avrasiya Universitetləri Həmkarlar Təşkilatları Assosiasiyasının qurultayı keçirilib (FOTO)


Etiketlər:  BDU da Avrasiya Universitetləri Həmkarlar Təşkilatları Assosiasiyasının qurultayı keçirilib FOTO


RƏYLƏR

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR




Populyar Xəbərlər

XƏBƏR LENTİ