Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2022 11:46
Aprel ayında 7-ci dəfə nikah masasına əyləşən tanınmış müğənni, aparıcı Seda Sayan həyat yoldaşı Çağlar Öktenin soyadını istifadə etməmək üçün məhkəməyə üz tutub.
Sonxeber.net lent.az-a istinadla xəbər verir ki, buna səbəb Ökten soyadının rəsmi sənədlərdə problemli olmasıdır. Məhkəməyə müraciətində Seda bildirib ki, sənədlərdə "Gürsaçer Ökten" olaraq qeyd olunub və bu soyadın sənədlərdən silinməsini, qızlıq soyadının rəsmi sənədlərə salınmasını istəyib.
Qeyd edək ki, onun vəkili vurğulayıb ki, Seda Sayanın həyat yoldaşı buna razılıq verib.