Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2022 16:46
"Almaniya Ukraynaya ağır silahları vaxtında təhvil verəcək ki, o, Donbass uğrunda döyüşdə istifadə edə bilsin".
Sonxeber.net xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts "dpa"ya müsahibəsində bildirib.
Onun sözlərinə görə, konkret nümunələr Ukrayna hərbçiləri təlim keçdikdən sonra çatdırılacaq.
"Biz Odessa və ya Kiyevi xilas edə biləcək raket əleyhinə sistem təqdim edəcəyik. Biz həmçinin Böyük Britaniya və Birləşmiş Ştatlar ilə birlikdə çoxlu reaktiv yaylım atəşi sistemləri tədarük etmək qərarına gəldik", - Şolts əlavə edib.
Xatırladaq ki, Şolts daha əvvəl demişdi ki, Almaniya müstəqillik mübarizəsində lazım olduğu müddətcə Ukraynanı dəstəkləməyə davam edəcək.
Aslan Məmmədov