Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2022 18:08
"SpaceX" şirkəti qurucusu və sahibi İlon Maskın davranışını tənqid edən, açıq şikayət məktubunun hazırlanmasında və yayılmasında iştirak edən əməkdaşlarını işdən çıxarıb.
Sonxeber.net bildirir ki, bu barədə "The New York Times" qəzeti yazıb.
İşdən çıxarılan işçilərin dəqiq sayı göstərilmir.
Şirkətin prezidenti və baş əməliyyat direktoru Qvinn Şotvell bildirib ki, bu sənəd SpaceX işçilərində narahatçılıq hissi yaradıb, eyni zamanda onlara təzyiq və fikirlərinə uyğun olmayan bir şey etməyə məcbur olduqları hissi yaradıb. "Şirkət daxilində minlərlə insanı istənməyən elektorn məktublarla doldurmaq və iş günü ərzində onlardan bir sənəd imzalamağı xahiş etmək qəbuledilməzdir", - o dedi.
Şotvell təklif etdi ki, işçilər diqqətlərini Marsa çatmaq üçün "SpaceX" missiyasına yönəltsinlər. "Bizim görüləsi çox vacib işimiz var və bu cür həddindən artıq fəaliyyətə ehtiyac yoxdur", - deyə o, yekunlaşdırıb.
Daha əvvəl bildirilmişdi ki, "SpaceX" əməkdaşları şirkətin rəhbəri İlon Maska qarşı rəhbərliyə kollektiv şikayət hazırlayıblar. Amerikalı iş adamının davranışından narazılıq yaradan səbəblər arasında ona qarşı cinsi qısnama ittihamları da olub. Məktub müəllifləri həmçinin qeyd ediblər ki, "İlonun ictimai arenada davranışı, xüsusən də son həftələrdə, tez-tez diqqəti yayındırır və utandırır".
Aslan Məmmədov