Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2022 19:04
Onlarla ölkədə etirazlar, qeyri-sabitlik və aclıq başlaya bilər.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri BMT-nin Ümumdünya Ərzaq Proqramının direktoru Devid Besli deyib.
O bildirib ki, buna səbəb bütün dünyada ərzağın sürətlə bahalaşmasıdır.
Ədis-Əbəbədə çıxışında Besli qeyd edib ki, dünya qorxuducu qıtlıqla üzləşib. O, xüsusilə Rusiya və Ukrayna taxılından asılı olan ölkələrdə vəziyyətin pisləşəcəyindən narahatlığını ifadə edib.
"Hələ Ukrayna krizisindən öncə biz COVİD-19 pandemiyası və yanacağın qiymətinin qalxması ilə üz-üzə qaldıq. O zaman düşünürdük ki, bundan pis ola bilməz. Ancaq Ukraynada başlayan müharibə daha pisi olduğunu üzə çıxardı", - o deyib.
"Quardian"ın məlumatına görə, Ukrayna hər il 400 milyon insanı təmin edən ərzaq məhsulları ixrac edir. Ukrayna dünyadakı günəbaxan yağı istehlakının 42%-ni, qarğıdalının 16%-ni, buğdanın 9%-ni verir.
Beslinin sözlərinə görə, koronavirus, iqlim dəyişikliyi və Ukrayna müharibəsi səbəbindən dünyada aclıq çəkən insanların sayı 650 milyondan 810 milyona qalxıb.