Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Quba şəhərindəki Uşaq Günərzi Qayğı Mərkəzinə baxış olub (FOTO)

Quba şəhərindəki Uşaq Günərzi Qayğı Mərkəzinə baxış olub (FOTO)

Tarix: 19 Sentyabr 2019 21:24

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Quba şəhərindəki Uşaq Günərzi Qayğı Mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin "Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədilə günərzi mərkəzlərin xidmətinin göstərilməsi" istiqaməti üzrə sosial xidməti sifarişini Quba şəhərində "Ailə" Sosial Araşdırmalar İctimai Birliyi həyata keçirir.

Mərkəzə tək valideynli, hər iki valideynini itirmiş və inteqrativ təhsilə cəlb oluna bilən sağlamlıq imkanları məhdud 30 uşaq cəlb edilib.

Mərkəzdə həssas qruplardan olan uşaqların asudə vaxtlarının təşkili üçün mütəmadi olaraq müxtəlif ekskursiyalar, gəzintilər, cizgi filmlərinin nümayişi reallaşdırılır. Mərkəzin əməkdaşları və uşaqların valideynləri üçün təlimlər təşkil edilir, onların bilik və bacarıqlarının artırılması məqsədilə tədbirlər həyata keçirilir.

Mərkəzin kollektivi ilə görüşündə nazir S.Babayev Prezident İlham Əliyevin "Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında" 1 iyun 2019-cu il tarixli Sərəncamının ölkəmizdə reabilitasiya yönümlü sosial xidmətlərin əhatə dairəsinin dəfələrlə artmasına şərait yaratdığını vurğulayıb. Nazir Sərəncamın icrası işləri çərçivəsində respublikamızda günərzi qayğı mərkəzlərinin sayının da iki dəfədən çox artırılaraq 28-dən 58-ə çatdırılacağını, günərzi mərkəzləri şəbəkəsinin bölgələr üzrə genişləndiriləcəyini, həmçinin yeni sosial xidmət istiqamətləri üzrə mərkəzlərin yaradılacağını deyib.

Mərkəzdə yaradılmış şəraiti, buradakı günərzi qayğı xidmətlərini, uşaqlarla aparılan işləri nəzərdən keçirən S.Babayev göstərilən reabilitasiya yönümlü sosial xidmətlərlə bağlı müvafiq tapşırıqlarını verib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Quba şəhərindəki Uşaq Günərzi Qayğı Mərkəzinə baxış olub (FOTO) Quba şəhərindəki Uşaq Günərzi Qayğı Mərkəzinə baxış olub (FOTO) Quba şəhərindəki Uşaq Günərzi Qayğı Mərkəzinə baxış olub (FOTO) Quba şəhərindəki Uşaq Günərzi Qayğı Mərkəzinə baxış olub (FOTO) Quba şəhərindəki Uşaq Günərzi Qayğı Mərkəzinə baxış olub (FOTO) Quba şəhərindəki Uşaq Günərzi Qayğı Mərkəzinə baxış olub (FOTO) Quba şəhərindəki Uşaq Günərzi Qayğı Mərkəzinə baxış olub (FOTO) Quba şəhərindəki Uşaq Günərzi Qayğı Mərkəzinə baxış olub (FOTO) Quba şəhərindəki Uşaq Günərzi Qayğı Mərkəzinə baxış olub (FOTO) Quba şəhərindəki Uşaq Günərzi Qayğı Mərkəzinə baxış olub (FOTO) Quba şəhərindəki Uşaq Günərzi Qayğı Mərkəzinə baxış olub (FOTO) Quba şəhərindəki Uşaq Günərzi Qayğı Mərkəzinə baxış olub (FOTO) Quba şəhərindəki Uşaq Günərzi Qayğı Mərkəzinə baxış olub (FOTO) Quba şəhərindəki Uşaq Günərzi Qayğı Mərkəzinə baxış olub (FOTO) Quba şəhərindəki Uşaq Günərzi Qayğı Mərkəzinə baxış olub (FOTO) Quba şəhərindəki Uşaq Günərzi Qayğı Mərkəzinə baxış olub (FOTO) Quba şəhərindəki Uşaq Günərzi Qayğı Mərkəzinə baxış olub (FOTO) Quba şəhərindəki Uşaq Günərzi Qayğı Mərkəzinə baxış olub (FOTO) Quba şəhərindəki Uşaq Günərzi Qayğı Mərkəzinə baxış olub (FOTO) Quba şəhərindəki Uşaq Günərzi Qayğı Mərkəzinə baxış olub (FOTO) Quba şəhərindəki Uşaq Günərzi Qayğı Mərkəzinə baxış olub (FOTO) Quba şəhərindəki Uşaq Günərzi Qayğı Mərkəzinə baxış olub (FOTO) Quba şəhərindəki Uşaq Günərzi Qayğı Mərkəzinə baxış olub (FOTO) Quba şəhərindəki Uşaq Günərzi Qayğı Mərkəzinə baxış olub (FOTO) Quba şəhərindəki Uşaq Günərzi Qayğı Mərkəzinə baxış olub (FOTO) Quba şəhərindəki Uşaq Günərzi Qayğı Mərkəzinə baxış olub (FOTO)


Etiketlər:  Quba şəhərindəki Uşaq Günərzi Qayğı Mərkəzinə baxış olub FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ