Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyun 2022 21:03
İnsanlar itlərin öz sahiblərinə qarşı daha həssas və sadiq olduğunu düşünürlər.Ancaq heyvanlar üzərində aparılan araşdırmaslar bunun əskini sübut edib.Belə ki,araşdırmalar pişiklərin öz sahiblərinə qarşı daha diqqəli olduğunu təsdiq edib.Pişiklərin öz sahiblərinin psixoloji vəziyyətlərindən xəbərdar olduqları sübut edilib.Pşiklərin sahiblərinə qarşı duyğusal və diqqətli olmaları sübut edilib.
ABŞ-ın Miçiqan ştatının Oakland Universitetinin mütəxəssisləri Moriah Qalvan və Cennifer Vonk 12 pişik və onları sahibləri ilə birlikdə araşdırmalar aparmışdır.Araşdırmaların nəticələri sahiblərinin güldüyü və ya qaşqabaqlı dayandıqları zaman pişiklərin də onlarla birlikdə buna reaksiya verdiklərini sübut etmişdir.
Belə ki,araşdırmalar zamanı sahibi gülümsəyən pişiyin mırıldayaraq sahibinin qucağına atılması və fərqli oturuş tərzini nümayiş etdirməsi onların güclü duyğu sahibi olduqlarını sübuta yetirib.Sahibinin qaşqabaqlı durduğu hallarda isə pişiyin duruş vəziyyəti dəyişilmişdir.
Araşdırmalarda iştirak edən pişiklər tanımadıqları adamın yanında özlərini daha fərqli aparmışdır.
Bu barədə mütəxəssislər "Animal Cognition" jurnalında məqalə dərc etdiriblər.Jurnalda pişiklərin öz sahiblərinin üz ifadələrindəki mənaları oxuya bilmək qabiliyyətinin olması qeyd edilib.