Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyun 2022 22:30
Almaniya kansleri Olaf Şolz yeni ölkələrin Aİ-yə daxil olma qaydalarını sadələşdirməyi təklif edir.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, DPA-ya müsahibə verən kansler deyib ki, gələcəkdə hər şeyi yekdilliklə həll etmək mümkün olmayacaq.
"Aİ-nin bütün 27 üzvü buna səs verməlidir. Amma uzun müddətdir ki, bu qaydanın yumşaldılması ilə bağlı müzakirələr gedir", - o bildirib.
Kansler bu məsələ ilə bağlı təkliflərini iyunun 23-24-də Aİ-nin Ukrayna, Gürcüstan və Moldovanın daxil olması üçün müraciətlərə baxılacaq növbəti sammitində təqdim etmək niyyətindədir.