Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Köməkçisi Ronaldonun 2 milyonluq maşınını divara çırpdı - FOTO

Köməkçisi Ronaldonun 2 milyonluq maşınını divara çırpdı - FOTO

Tarix: 21 Iyun 2022 08:54

İspaniyanın Mayorka adasında "Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldoya məxsus "Bugatti Veyron" qəzaya uğrayıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, ailəsi ilə birlikdə Mayorkada istirahət edən Ronaldo qəza zamanı hadisə yerində olmayıb. Avtomobili Ronaldonun köməkçisi idarə edib. Sürücü idarəetməni itirib, ikinci dərəcəli yoldan çıxıb və avtomobil yaşayış binasının yanındakı divara çırpılıb.

Avtomobilə xeyli ziyan dəyib, lakin sürücü xəsarət almayıb, o, özünü təqsirli bilib və qəza ilə bağlı protokol imzalayıb.

Qeyd edək ki, 400 km/saatdan çox sürətə çata bilən avtomobilin qiyməti təxminən 2 milyon avrodur.

Milli.Az


Etiketlər:  Köməkçisi Ronaldonun 2 milyonluq maşınını divara çırpdı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ