Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyun 2022 12:25
Sonuncu dəfə "Kaderimin oyunu" serialında rol alan aktrisa Öykü Karayel "İbrahim Selim ile bu gece" proqramında qonaq olub.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, aktrisa aparıcının "Edib və daha sonra peşman olduğun nəsə olub" sualına belə cavab verib:
"Döymə etdirəcək adam deyiləm. Uşağın oldu deyə, bu nə görməmişlikdir. 30 yaşım var, başqa döyməm yoxdur. Fikri Can irəli sürdü. O da əlinə "Me" yazdırıb. Sıxılıram, istəmirəm. Bunu deyəndə utanıram, uşağımın adıdır, amma sevmirəm. Bir anda gedə biləcək bir şey də deyil".
Qeyd edək ki, Öykü əlinə "Ro" müğənni isə "Me" döyməsini etdirib. Aktrisa 2018-ci ildə müğənni Can Bonomo ilə evlənib. Cütlüyün 2021-ci ildə oğlu Roman dünyaya gəlib.