Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyun 2022 10:00
Böyük Britaniya Ukraynanı möhkəm şəkildə dəstəkləyəcək.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Böyük Britaniya Baş naziri Boris Conson deyib.
Conson bildirib ki, tərəfdaşların Moskvaya hər hansı güzəşti fəlakətə gətirib çıxaracaq:
"Heç kəsə imkan verməməliyik ki, Putinə güzəştin fəlakətdən başqa nəyəsə gətirib çıxardığına inansın".
Qeyd edək ki, Fransa başda olmaqla, AB-nin əsas dövlətlərinin Ukraynanın bəzi ərazilərini Rusiyaya güzəştə getməklə bağlı mövqe sərgilədikləri haqda qeyri-rəsmi məlumatlar yayılıb.