Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyun 2022 21:48
Ukrayna Təhlükəsizlik Şurasının katibi açıq bəyanatla çıxış edərək bildirib ki, onlar Gürcüstanda ikinci cəbhə yaratmaq istəyirlər.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu açıqlama ilə Gürcüstan Baş naziri İrakli Qaribaşvili çıxış edib.
Onun sözlərinə görə, onlar həmçinin Gürcüstan qarşısına iki tələb də qoyublar:
"Vahid Milli Hərəkatın dostları Araxamiya və Ukrayna Təhlükəsizlik Şurasının katibi Danilov açıq bəyanatla çıxış edərək hamıya etiraf etdilər ki, onlar Gürcüstanda ikinci cəbhənin yaradılmasını istəyirlər, yəni ki, təkcə ukraynalı qadınlar və uşaqlar ölməməlidir. Bütün bunlardan sonra onların tələblərini yaxşı xatırlayırıq - onlar tələb edirdilər ki, öz xalqımıza qarşı iqtisadi sanksiyalar tətbiq edək, ikincisi, hökumətdən çarter reyslərlə özlərinin muzdlu, yəni könüllü döyüşçülərini Ukraynaya göndərək. Bunların tələblərini hər kəs bilməlidir".