Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyun 2022 08:24
Rusiyanın Dağıstan Respublikasının Buynaksk rayonunda 55 nəfər zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib.
Sonxeber.net "Report"a istinadən bildirir ki, bu barədə respublika prokurorluğu məlumat yayıb.
İlkin məlumatlara görə, xəstəxanaya yerləşdirilənlərin hamısı yerli qənnadı məmulatlarından zəhərlənib.
Faktla bağlı "İstehlakçıların həyat və sağlamlığının təhlükəsizliyi tələblərinə cavab verməyən malların istehsalı və satışı" maddəsi ilə cinayət işi başlanıb.
Zəhərlənənlər Buynaksk rayon xəstəxanasının yoluxucu xəstəliklər şöbəsindədir.