Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Marmarisdə meşə yanğını yenidən alovlandı

Marmarisdə meşə yanğını yenidən alovlandı

Tarix: 23 Iyun 2022 08:32

Türkiyənin kənd və meşə təsərrüfatı naziri Vahit Kirişçi Marmarisdə baş verən meşə yanğını ilə bağlı açıqlama verib.

Bu haqda nazir tviter hesabında məlumat paylaşıb.

O qeyd edib ki, yanğınla mübarizə çətin şərtlər altında davam edir:

"Külək və temperaturun artması yanğını yenidən alovlandırdı".

Yanğın bir neçə saat əvvəl qismən nəzarət altına alınsa da, günortadan sonra küləyin sürətinin artması alovu daha da gücləndirib.

Daxili işlər naziri Süleyman Soylu yanğının təxribat nəticəsində baş verib-vermədiyinin araşdırıldığını bildirib, prokurorluq isə araşdırmaya başlanıldığını açıqlayıb.

Alov bir sıra yaşayış məntəqələri üçün təhlükə yaratmağa başlayıb. Ehtiyat tədbiri olaraq ərazisindəki 20 evdən ümumilikdə 68 nəfər, 29 iri və xırdabuynuzlu mal-qara və digər ev heyvanları, 5 nəqliyyat vasitəsi təxliyə edilib.

Təxminən 250 hektar sahədə davam edən meşə yanğınının söndürülməsinə 20 helikopter və 14 təyyarə və 688 meşə təsərrüfatı işçisi olmaqla, ümumilikdə 1 480 canlı qüvvə iştirak edir. Təyyarələr və helikopterlər tez-tez sıx dumanlı ərazilərə uçur, yanğının qarşısını almağa çalışırlar. Aydın, İzmir, Antalya və Dənizli vilayətlərindən bölgəyə əlavə qruplar göndərilib.

Rəcəb Tayyib Ərdoğan helikopterlə yanğın bölgəsinə baxış keçirib.

Milli.Az


Etiketlər:  Marmarisdə meşə yanğını yenidən alovlandı


RƏYLƏR