Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyun 2022 13:12
Türkiyə sərhədçiləri qeyri-qanuni yolla Yunanıstana keçməyə çalışan Fətullahçı terror təşkilatının (FETÖ) üzvlərini saxlayıb.
Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Müdafiə Nazirliyi yayıb.
Saxlanılanlar arasında təşkilatın lideri Fətullah Gülənin qardaşı qızı Sümeyya Gülən də var.
"Sərhəd bölmələrimiz tərəfindən qeyri-qanuni yollarla Yunanıstana keçməyə çalışan 10 nəfər saxlanılıb. Aparılan araşdırma zamanı məlum olub ki, onlardan 5-i FETÖ terror təşkilatının üzvüdür. Onlar arasında terrorçuların rəhbəri Fətullah Gülənin qardaşı qızı Sümeyya Gülən də var", - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, Fətullah Gülən 2016-cı ilin iyulunda dövlət çevrilişinə cəhddə iştirak etməkdə ittiham olunur. Gülən hazırda ABŞ-da yaşayır.