Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhur məşqçi mətbuatla danışıq üslubuna görə istefaya göndərildi

Məşhur məşqçi mətbuatla danışıq üslubuna görə istefaya göndərildi

Tarix: 20 Sentyabr 2019 12:16

Bakı. Trend:

Çinin U-22 millisinin baş məşqçisi Qus Hiddink istefaya göndərilib.

Trend-in məlumatına görə, Çin Futbol Federasiyasının rəhbərliyi məşhur mütəxəssisin mətbuatla danışıq üslubunu bəyənmədiyi və millinin nəticələrindən narazı olduğu üçün bu addımı atıb. Xüsusilə, komandanın Vyetnama məğlubiyyəti istefa qərarında mühüm rol oynayıb. Onu Çinin qadın millisinin sabiq baş məşqçisi Xao Veyin əvəzləyəcəyi deyilir.

Xatırladaq ki, hollandiyalı məşqçi ötən ilin sentyabrında yığmaya baş məşqçi təyin olunmuşdu.


Etiketlər:  Məşhur məşqçi mətbuatla danışıq üslubuna görə istefaya göndərildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ