Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyun 2022 23:32
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinə namizəd statusu verilməsi münasibətilə Avropa İttifaqı (Aİ) liderlərinə təşəkkür edib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, Zelenski "Twitter" hesabındakı paylaşımında qərarın Ukrayna üçün tarixi əhəmiyyət daşıdığını vurğulayıb.
"Aİ liderlərinin Aİ Şurasında Ukraynaya namizəd statusu vermək qərarını səmimi şəkildə təqdir edirəm. Bu, Ukrayna-Avropa İttifaqı əlaqələrində unikal və tarixi andır. Şarl Mişelə, Ursula fon der Lyayenə və Aİ liderlərinə dəstəyə görə minnətdaram. Ukraynanın gələcəyi Aİ daxilindədir", - deyə Zelenski bildirib.