Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Cüdoçularımız Avropa birinciliyinin ilk yarış günündə 4 medal qazandı - FOTO

Cüdoçularımız Avropa birinciliyinin ilk yarış günündə  4 medal qazandı - FOTO

Tarix: 23 Iyun 2022 23:40

Xorvatiyanın Poreç şəhərində yeniyetmələr arasında keçirilən Avropa çempionatının birinci günündə cüdoçularımız 2 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıblar.

Qızıl medalları komandamızın aktivinə Şahin Orucov (55 kq) və Nizami İmranov (60 kq) yazdırıblar. Aydan Vəliyeva (48 kq) gümüş, Məhəmməd Məmişov (50 kq) bürünc medal əldə ediblər.

Birinci günün yekun nəticələrinə görə, 4 medal əldə edən komandamız ümumi hesabda birinci yeri tutub.

İyunun 25-dək davam edəcək yarışda ölkəmizi 4 qız və 10 oğlan cüdoçu təmsil edir.

Milli.Az


Etiketlər:  Cüdoçularımız Avropa birinciliyinin ilk yarış günündə 4 medal qazandı FOTO


RƏYLƏR