Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyun 2022 17:30
Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin komandiri benzin talonu oğurluğunda ittiham olunur.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Antikorrupsiya Komitəsi məlumat yayıb.
Bildirilib ki, S.E. 2016-cı ildə hərbi hissə komandiri olub. Onun həmin ilin sentyabrın 8-də 2,5 milyon dram (11 min manata yaxın) məbləğində benzin yanacağının talonunu mənimsəməsinə dair çoxsaylı dəlil-sübutlar mövcuddur.
O, 2021 və 2022-ci illərdə hərbi hissənin əmlak fondundan 1 milyon 440 285 dramlıq 4 515 litr benzin, bir milyon 1 700 dramlıq 37 371 litr dizel yanacaq mənimsəyib. S.E qanunsuz yolla əldə etdiyi talonları şəxsi ehtiyacı üçün xərcləyib. O, dövlətə 2 441 985 dram məbləğində ziyan vurmaqda ittiham olunur.