Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyun 2022 19:38
Türkiyənin Elazığ şəhərində Həvəskarlar Liqasında üz-üzə gələn komandaların qarşılaşması kütləvi dava ilə bitib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, gərgin keçən qarşılaşmada hakim səkkiz dəfə əlinin qırmızı vərəqəyə atmalı olub.
Oyunun artırma dəqiqələrində isə gərginlik pik həddə çatıb və futbolçular yumruqlarını işə salıb.
Yalnız təhlükəsizlik qüvvələrinin müdaxiləsindən sonra dava edən şəxsləri aralamaq mümkün olub.