Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Füzulidə ermənilərin atıb qaçdıqları xeyli silah-sursat və raket sistemi aşkarlandı

Füzulidə ermənilərin atıb qaçdıqları xeyli silah-sursat və raket sistemi aşkarlandı

Tarix: 25 Iyun 2022 10:10

İşğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı vasitələrdən təmizlənməsi, erməni hərbi birləşmələrinin geri çəkilərkən atdıqları silah-sursatın yığılması məqsədi ilə daxili işlər orqanlarının əməkdaşları tərəfindən intensiv tədbirlər yerinə yetirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Milli.Az-a verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri növbəti tədbirlər zamanı tərk edilmiş hərbi mövqelərdən müxtəlif silah-sursatlar aşkar ediblər.

Tapılan 5 avtomat, 3 qumbaraatan, 1 pulemyot, 1 tapança, 1 minaatan, 1 tank əleyhinə idarəolunan raket sistemi, 44 müxtəlif növ qumbaralar, 7 mərmi, 2959 müxtəlif çaplı patronlar və digər döyüş sursatları aidiyyəti üzrə təhvil verilib.

Milli.Az


Etiketlər:  Füzulidə ermənilərin atıb qaçdıqları xeyli silah sursat raket sistemi aşkarlandı


RƏYLƏR