Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Köklüyümə lağ edirsiniz, amma uşağımı ələ sala bilməzsiniz''

''Köklüyümə lağ edirsiniz, amma uşağımı ələ sala bilməzsiniz''

Tarix: 25 Iyun 2022 13:35

Aktrisa Xuraman Əlizadə sosial şəbəkədə oğlu Əlinin ünvanına yazılan şərhə əsəbiləşib.

Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, sənətçi sosial şəbəkədə canlı yayımda olarkən izləyicilərin onu tənqid etməsinə münasibət bildirib. O, övladına söz atanlara xəbərdarlıq edib:

"Məni düzgün başa düşün: mənə, köklüyümə lağ edirsiniz qəbul edirəm. Acığıma gələn bunlardır. Deyirsiz, kirpiyin belədir, saçını niyə belə yığmısan, paltarın sənə yaraşmır, qarnın yekə çıxır... Bunları qəbul edirəm. Uşağım oradan deyir ki, ana, mənə çörək ver. Oradan yazırsınız ələ salırsınız, yəni demək istəyirsiniz ki, uşağın bu vaxtı yeyirsə, sənin kimi olacaq. Bunlar xoşuma gəlmir. Zarafat edirik, deyib-gülürük öz yerində. Amma uşağımla zaraftlaşmaq, belə şərhlə yanaşmağa imkan vermərəm".


Etiketlər:  Köklüyümə lağ edirsiniz amma uşağımı ələ sala bilməzsiniz


RƏYLƏR