Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qız təhlükəli xəstəliyindən sosial şəbəkədə yazdığı şərh sayəsində öyrənib

Qız təhlükəli xəstəliyindən sosial şəbəkədə yazdığı şərh sayəsində öyrənib

Tarix: 25 Iyun 2022 14:12

Böyük Britaniyanın Esseks şəhərinin sakini bir ildən çoxdur qarın ağrısından əziyyət çəkib və sosial şəbəkədə yazdığı şərh sayəsində təhlükəli xəstəlikdən xəbər tutub.

Sonxeber.net bildirir ki, bu barədə Daily Mirror məlumat yayıb.

20 yaşlı Enni Marşall 2020-ci ilin mart ayında baş verən qida zəhərlənməsindən sonra müntəzəm ağrılardan əziyyət çəkməyə başladığını söyləyib. Ona əvvəlcə infeksiya diaqnozu qoyulub və müalicə təyin olunub. Ancaq müalicə kömək etməyib və Enni yemək yeyərkən ağrılardan əziyyət çəkməyə davam edib.

Qidalanma problemlərinə görə o, demək olar ki, 13 kiloqram arıqlayıb. Qız müayinələri davam etdirib və bir il sonra həkimlər onun mədə-bağırsaq traktının əzələlərinin fəaliyyətinin pisləşdiyi və mədənin boşalması ilə bağlı problemlərə səbəb olan həzm pozğunluğu olan qastroparez olduğunu bildirdilər.

İrfan Vəliyev


Etiketlər:  Qız təhlükəli xəstəliyindən sosial şəbəkədə yazdığı şərh sayəsində öyrənib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ