Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2022 14:38
Bakının bitməyən, hətta deyərdim ki, gün keçdikcə artan dərdi - tıxaclar... Elə küçə və prospektlər, elə yollar var ki, demək olar, günün əksər saatlarında tıxaclı olur. Bu isə insanların həm zamanlarını, həm əlavə yanacaq sərfiyyatına görə pullarını, həm də əsəblərini aparır. Çoxdandır hər kəsi bir sual düşündürür: paytaxtın tıxac dərdi nə vaxtsa bitəcək?
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, tıxaclar artıq paytaxt Bakının qaçılmazı olub. Hər gün daha da dərinləşən bu problem xüsusilə də Bakının giriş və çıxışlarında müşahidə olunur. Şimaldan Bakı-Sumqayıt şosesi "20 yanvar" dairəsinədək; cənubdan "Azneft dairəsi" və paytaxtətrafı kənd və qəsəbələrdən "Koroğlu" metrostansiyası istiqamətində günün əksər saatlarında uzunmüddətli tıxaclar yaşanır.. NİİM-in mətbuat xidmətinin rəhbəri Rauf Mirqulamov bunun səbəbini paytaxta üz tutanların say çoxluğu ilə əlaqələndirir.
Rauf Mirqulamov deyir ki, şəhərin cənub girişində də qeyd olunan saatlarda tıxac olur və üstəlik, bu yolda tıxacdan yayınmağın alternativi də yoxdur.
Tıxacdan ən çox əziyyət çəkənlər isə əlbəttə ki, sürücülərdir.
Yay mövsümü ilə əlaqədar məktəblər bağlandığından və vətəndaşların böyük hissəsi məzuniyyətə çıxdığından paytaxt küçələrində hazırda tıxaclar nisbətən səngiyib. Lakin bununla belə avtomobillərin hərəkətində hər gün sıxlıq yaşanır.