Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2022 20:30
Rusiya hərbçiləri Ukraynanın Severodonetsk şəhərini tamamilə nəzarət altına alıblar.
Bu barədə Severodonetsk şəhər hərbi-mülki administrasiyasının rəhbəri Aleksandr Stryuk bildirib. "Şəhər artıq tamamilə Rusiyanın nəzarəti altındadır, artıq komendant da təyin edilib. Severodonetsk o qədər dağıdılıb ki, insanların bu vəziyyətin öhdəsindən gəlməsi çətin olacaq. Ümid edək ki, şəhər yenidən Ukraynanın nəzarətinə keçəcək", - Stryuk deyib.