Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Hamıya “silahlarımız”la cavab verəcəyik” - “Düdelanj”ın baş məşqçisi

Tarix: 20 Sentyabr 2019 15:52

“Biz möhtəşəm geridönüş etdik. Oyunçularımdan razıyam. Xüsusilə, hesabda 3:2 geri düşdükdən sonra onlar əla oyun nümayiş etdirdilər. Sözün əsl mənasında məni təəcübləndirməyi bacardılar. APOEL kimi təcrübəli komandaya 4 qol vurmağın özü belə artıq hər şeyi deyir. Çox xoşbəxtik”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Düdelanj”ın baş məşqçisi Bertrand Krasson Avropa Liqasının qrup mərhələsinin ilk turunda APOEL-ə  4:3 hesabı qalib gəldikləri oyunu şərh edərkən deyib.

O, komandasının qrup mərhələsindəki şanslarından da danışıb: “Bu qələbə bizə çox kömək edəcək. Ola bilər, qrupdan çıxmaq üçün nəsə edərik. Oyundan oyuna biz bunu görəcəyik. Bəli, bu, karyeramın ən yaxşı anlarından biridir. Kağız üzərində favorit göstərilmirik, üzərimizdə təzyiq azdır. Rahat oynayırıq. Avropa Liqasının qrup mərhələsi hər bir futbolçuya hədiyyədir. Qrupda qələbə qazanan ilk Lüksemburq komandası olduq. “Sevilya”, “Qarabağ” və APOEL öz çempionatlarında hökmranlıq edən klublardır. Qrupdakı rəqiblərimizə hörmətlə yanaşırıq, ancaq məğlubiyyəti qəbul etmirik. Hamıya “silahlarımız”la cavab verəcəyik”.

 


Etiketlər:  Hamıya silahlarımızla cavab verəcəyik Düdelanjın baş məşqçisi


RƏYLƏR

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR




Populyar Xəbərlər

XƏBƏR LENTİ