Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ramiz Mehdiyev işində adı çəkilən deputatlardan SƏRT REAKSİYA

Ramiz Mehdiyev işində adı çəkilən deputatlardan SƏRT REAKSİYA

Tarix: 19 Oktyabr 2025 12:32

Azərbaycan siyasi gündəmini silkələyən Ramiz Mehdiyev qalmaqalı ilə bağlı yeni iddialar yayılıb.

Mediada Ramiz Mehdiyevlə yaxın olduğu iddia edilən bir sıra şəxslərin adları açıqlanıb.

Siyahıda Milli Məclisin deputatları - İnsan hüquqları komitəsinin sədri Zahid Oruc və Məlahət İbrahimqızının adı xüsusilə diqqət çəkib.

Modern.az məsələ ilə əlaqədar sözügedən deputatlarla əlaqə saxlayıb.

Onlar iddiaların böhtan olduğunu bildirib və yaxın günlərdə daha geniş açıqlama verəcəklərini qeyd ediblər. Deputatlar müvafiq qurumların araşdırmalardan sonra həqiqətin ortaya çıxacağına ümid etdiklərini vurğulayıblar.

Zahid Oruc: "36 ildir həyatda olmayan atamın adını da bu məsələyə qarışdırıblar"

Zahid Oruc ötən gün yaydığı geniş bəyanatda bu iddiaları tamamilə əsassız və məqsədli adlandırıb. Onun sözlərinə görə:

"36 ildir həyatda olmayan atamın adını belə bu məsələyə qarışdırmaq, 25 ildir sədaqətlə gəldiyimiz Heydər Əliyev və İlham Əliyev kursuna kölgə salmaq cəhdidir. Bu ittihamlar bizi yolumuzdan döndərə bilməyəcək".

Zahid Oruc əlavə edib ki, "Ramiz Mehdiyevin ağır dövlət cinayətləri ilə bağlı yazıda bizim adlarımızın çəkilməsi vicdansızlıqdır. Biz heç vaxt gizli layihələrdə, xarici kəşfiyyatla əlaqələrdə və ya dövlətin əleyhinə fəaliyyətlərdə iştirak etməmişik. Dövlətin etimad göstərdiyi sahələrdə fəhlə kimi çalışmışıq və bundan sonra da eyni sədaqətlə işləyəcəyik".

"Sədaqətimiz dəyişməzdir - dövlətçiliyə xidmət bizim yolumuzdur"

Digər deputatlar da yayılan məlumatlara münasibət bildirərək, siyasi xəttlərinin hər zaman Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyalarına və Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf kursuna sadiq qaldığını vurğulayıblar.

"Müzəffər Ali Baş Komandan İlham Əliyev hər zaman adil və ədalətli qərar verir. Bu dəfə də eyni ədalətin bərqərar olacağına inanırıq", - deyə açıqlamada qeyd olunur.

Ramiz Mehdiyev barəsində cinayət işi: təfərrüatlar

Qeyd edək ki, Ramiz Mehdiyev Azərbaycan Respublikasının Prezidentinin 23.10.2019 tarixli fərmanı ilə Təhlükəsizlik Şurasının tərkibinə daxil edilmişdi. Hazırda Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə bu il oktyabrın 14-da qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.


Etiketlər:  Ramiz Mehdiyev işində adı çəkilən deputatlardan SƏRT REAKSİYA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ