Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Böyük Yeddilikdən Ukrayna ilə bağlı bəyanat

Böyük Yeddilikdən Ukrayna ilə bağlı bəyanat

Tarix: 26 Iyun 2022 21:34

Almaniyada Böyük Yeddilik (G7) ölkələrinin sammiti öz işinə başlayıb.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, sammitin ilk günündə üç işçi sessiya keçiriləcək, onlardan biri xarici və təhlükəsizlik siyasəti məsələləri, o cümlədən Ukraynadakı vəziyyət fonunda antirusiya sanksiyaları və Moskvaya təzyiqlərin artırılması müzakirə olunacaq. Bundan əlavə, gündəliyə iqlim dəyişikliyi, makroiqtisadi vəziyyət, inflyasiya ilə mübarizə və investisiya əməkdaşlığı daxildir.

Görüş antiqlobalistlərin və G7 əleyhdarlarının nümayişləri fonunda keçirilir. Ümumilikdə, sammit günlərində şəhərin ətrafında azı 17 nümayişin keçirilməsi planlaşdırılır.

G7 liderləri Ukraynaya Rusiyanın hücumuna qarşı müdafiəsində sonsuz dəstək verəcəklərini vəd edirlər.

Bu barədə "Blumberq" bəyanat layihəsinə istinadən məlumat yayıb.

"Lazımi qədər Ukraynaya maliyyə, humanitar, hərbi və diplomatik dəstək verməyə və dəstəkləməyə davam edəcəyik", - deyə ölkə liderləri vəd edirlər.


Etiketlər:  Böyük Yeddilikdən Ukrayna ilə bağlı bəyanat


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ