Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyun 2022 17:46
Erkən yaşda qızların ərə verilməsinə qarşı mətbuat vasitəsilə, aidiyyəti qurumlar tərəfindən aparılan təbliğat və xəbərdarlıqlara baxmayaraq, yenə də belə hallara rast gəlinir. Bu dəfə Goranboyda belə bir hadisənin yaşanmasının qarşısı son anda alınıb. "Xəzər Xəbər" hadisənin yaşandığı kənddə olub, azyaşlı qızın anasını danışdırıb...
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, daha bir erkən nikahın qarşısı alınıb. Sosial şəbəkələrdə Goranboyda azyaşlı qızın evləndirilməsi xəbərləri yayıldıqdan sonra aidiyyəti qurumlar hərəkətə keçiblər...
"Xəzər Xəbər" də hadisənin yaşandığı Balakürd kəndində olub. Yeniyetmə qızın anası Məleykə Əhmədova 4 gün əvvəl nişan mərasiminin keçirildiyini etiraf edib. Onun sözlərinə görə, oğlan tərəfi tezliklə toy edib qızı aparmaq istəyib, ancaq qız tərəfi buna razı olmayıb.
Oğlan tərəfinin isə rayonun Yeni Yol kəndində yaşadığı bildirilir. Sosial şəbəkələrdə toyun iyunun 27-də keçiriləcəyi qeyd olunurdu. Hüquq mühafizə orqanlarının müdaxiləsindən sonra erkən nikahın qarşısı alınıb.
Goranboy Rayon İcra Hakimiyyətinin başçısının müavini Mirvari Ağamalıyeva "Xəzər Xəbər"ə bildirib ki, toy mərasiminin qarşısı alınsa da, hazırda aidiyyəti qurumlar tərəfindən həmin ailələr nəzarətdə saxlanır.