Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyun 2022 08:16
Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb.
Hadisə Kastamonu rayonunda qeydə alınıb. Konya istiqamətində hərəkət edən sərnişin avtobusu idarəetmədən çıxıb. Nəticədə avtobus tarlaya yuvarlanıb.
Hadisə zamanı 1 nəfər ölüb, daha 19 nəfər yaralanıb. Ölən şəxs avtobusun sürücüsüdür.
Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
İlkin məlumata görə, qəzaya yağıntılı hava ilə əlaqədar yolun sürüşkənliyi səbəb olub.
Hadisə ilə bağlı araşdırma aparılır.