Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyun 2022 23:06
"Oğlumun ayağının amputasiyasında iştirak etdim" - Tibb bacısının müharibə xatirələri
"Əməliyyat masasının yanında dayanmışdım. İş yoldaşım gizir dəftərdən bir ad oxudu- Məmmədzadə Qəhrəman Rüstəm oğlu. Arxaya çevrilb "nə" deyə sual etdim".
Sonxeber.net ölkə.az-a istinadən xəbər verir ki, bunu kiçik tibb bacısı Zinyət Məmmədova "Görünməyən qəhrəmanlar. Hərbi həkimlər" adlı sənədli filmdə deyib. Tibb bacısı bildirib ki, gizir ona yaralı əsgərə iynə vurmağı tapşırıb:
"Dedi bu xəstəyə bu iynə vurulacaq. Dedim xəstə haradadır? Dedi ki, sizin qarşınızda. Oğlumun ayağından o batikanı çıxarmışamsa, Allahın möcüzəsini orada yaşadım. Allah mənim gözlərimi bağlamışdı ki, öz övladımın üzünü görməyim. Düzdür, çox çətin və ağır idi. Mən öz oğlumun ayağının amputasiyasında iştirak elədim",- deyə o söyləyib.