Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyun 2022 18:52
İspaniyanın Bask ölkəsində yerləşən San Sebastyan kurortunda səhlənkarlıqları ucbatından dənizə boğulmağa başlayan insanların xilasedicilərin pulunu özlərinin ödəməsini nəzərdə tutan qanun hazırlanır.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə "The Guardian" xəbər verib.
Şəhərdə öz təqsiri ucbatından boğulmağa başlayan insanların - məsələn, sərxoş halda dalğalı dənizdə üzənlərin - sonradan xilasedicilərin xidmətlərinə görə ödəniş alacaqları qanun layihəsi hazırlanır.
"Mən heç vaxt buna görə bir avro, funt və ya ya dollar almaq istəməzdim. Amma bu qanunun məqsədi belə hadisələrin qarşısını almaqdır. Bu mahiyyətcə mübahisəli qanun insanları iki dəfə düşünməyə vadar etmək məqsədi daşıyır", - deyə şəhərin mülki təhlükəsizlik üzrə müşaviri Martin İbabe qeyd edib.
Qanun layihəsi iki il əvvəl hazırlanmağa başlayıb. İbabenin fikrincə, insanların "açıq-aşkar məsuliyyətsizlik" göstərdiyi halların sayının artması bu qanun üzərində daha fəal işlənməsinə təkan verib. Belə ki, məsələn, turistin estakadada içki içərkən axına qapılması və ya sərxoş qadının sürüşkənliyi ilə məşhur olan qayalıqlara qalxması bunu zəruri edib.
Belə hallarda ehtiyatsız turistlərin xilas edilməsi San Sebastian sakinlərinin hesabına baş verir. Bundan başqa, boğulanların köməyinə gedən xilasedicilərin özlərinin də təhlükə qarşısında qalması rəsmiləri narahat edir.