Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Prezident: Azərbaycan Avrasiyanın mühüm logistika mərkəzlərindən biridir

Prezident: Azərbaycan Avrasiyanın mühüm logistika mərkəzlərindən biridir

Tarix: 29 Iyun 2022 18:54

Bu gün Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev iyunun 29-da Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Bu gün Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Biz Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstəririk. Bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq".

Milli.Az


Etiketlər:  Prezident Azərbaycan Avrasiyanın mühüm logistika mərkəzlərindən biridir


RƏYLƏR