Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyun 2022 17:36
"Türkiyə ilə F-16 qırıcılarının modernləşdirilməsi məsələsini həll etməliyik. Bunu etməmək bizim marağımızda deyil. Bu mövzuda dekabrdan bəri mövqeyimi dəyişməmişəm".
Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden NATO-nun Madrid sammitinin yekunlarına dair mətbuat konfransında deyib.
"Bunu etmək üçün Konqresin təsdiqinə ehtiyacımız var. Bu təsdiqi də alacağımızı düşünürəm", - dövlət başçısı qeyd edib.
Xatırladaq ki, NATO sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və amerikalı həmkarı Cozef Baydena arasında görüş olub. Danışıqlar zamanı ABŞ liderinin həmkarına F-16 ilə bağlı sazişin Konqresdən keçməsi üçün müəyyən səylər göstərəcəyinə söz verib. Söhbət 40 yeni "F-16 Block 70" qırıcısından və Türkiyənin mövcud təyyarələrinin təkmilləşdirilməsi üçün 80-ə yaxın komplektdən gedir.