Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyun 2022 17:55
"Allah mənə ən böyük hədiyyələrimi-iki övladımı bəxş etdi. Özü verən Allah özü aldısa min şükür olsun Allahıma. Böyük səbrlə yenə xoşbəxtliyimi davam etdirəcəyəm. Yenə sevənlərim üçün mahnılar yazdırıb, nəğmələrimi ifa edəcəyəm. Mənim onları üzməyə, onlardan uzaq düşməyə haqqım yoxdur. Ən böyük hədiyyəm mənə övladlarım, balaca nəvələrimdir. Onlardan bahalı hədiyyə mənə nə ola bilər? Sizcə dünya malı, ən bahalı zinət əşyası mənim nəvələrimdən artıq ola bilərmi? Heç vaxt! Ən böyük sərvətimdir onlar".
Sonxeber.net xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti Nazpəri Dostəliyeva deyib. O daha səhvini başa düşən insanları asanlıqla bağışladığını bildirib.
"Böyük Allahımız bağışlayandırsa, biz kimik ki, bağışlamayaq?! Bağışladığım insanlar da olub. O söhbətlərin, məsələlərin üstündən elə keçmişəm ki, heç olmamış kimi. İnsan əgər öz səhvini görüb, üzr istəyirsə, hətta üzr istəməsə belə, utandığından gözümün içinə baxa bilmirsə, başını sağa-sola döndərirsə, elə bil ki, o səndən üzr istəyib. Ona görə keçmək lazımdır" deyə xalq artisti bildirib.
Nazpəri Dostəliyeva bir müddət əvvəl cangüdənlə bağlı dediklərinə belə açıqlama gətirib.
"Hər zaman xalqımın arasındayam. Sevənlərim çoxdur, onlar məni istəyərəkdən incidiblər də. Başıma çox hadisələr gəlib. Gənc qızlar və oğlanlar üstümə hücum çəkiblər, mən heç vaxt imkan verməmişəm ki, mühafizəçim olsun. Bunun özü də böyük bir sevgidir. Səliqə, səhman, proqramın pozulmaması üçün konsertdə mühafizəçi ola bilər, amma mən xalqımın arasındayam. Mən canımı xalqıma etibar etmişəm" deyə sənətkar bildirib.