Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyul 2022 08:18
08:12
Rusiya Odessaya raket zərbəsi endirib, 14 nəfər ölüb, onlarla yaralanan var
Rusiyanın Ukraynanın Odessa əyalətinin Belqorod-Dnestrovsk rayonunun şəhər tipli qəsəbəsinə raket hücumu nəticəsində ölən və yaralananların sayı artıb.
Sonxeber.net "report"a istinadən bildirir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar Dövlət Xidməti məlumat yayıb.
Qeyd edilir ki, doqquzmərtəbəli evin qismən dağılması nəticəsində 14 nəfər ölüb, üçü uşaq olmaqla, daha 30 nəfər yaralanıb. Dövlət Fövqəladə Hallar Xidmətinin bölmələri dağıntılar altından 3-ü uşaq olmaqla 7 nəfəri xilas edib.
Məlumata görə, ikinci raket gecə saatlarında Belqorod-Dnestrovsk rayonunda yerləşən istirahət evinə düşüb. Raket zərbəsi istirahət mərkəzinin üç və dördmərtəbəli binalarının qismən dağılmasına səbəb olub, nəticədə biri uşaq olmaqla üç nəfər həlak olub, daha bir nəfər isə yaralanıb.
--------
07:21
Rusiya ordusu Ukraynanın Odessa vilayətini raket atəşinə tutub.
Sonxeber.net APA-ya istinadən bildirir ki, raketlərdən biri çoxmərtəbəli yaşayış binasına və istirahət mərkəzinə düşüb.
"Odessa vilayətində Qara dəniz istiqamətindən raket hücumu həyata keçirilib. Raketlərdən biri 9 mərtəbəli yaşayış binasına, ikincisi isə Belqorod-Dnestryanı rayonundakı istirahət mərkəzinə düşüb. Yaşayış binasının bir girişi tamamilə dağılıb", - deyə məlumatda deyilir.
Xilasedicilər dağıntılar altından 10 nəfərin meyitini çıxarıb. 3-ü uşaq olmaqla 7 yaralıya tibbi yardım göstərilib.
İstirahət mərkəzində dağıntı olsa da ölən olmayıb.