Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyul 2022 16:48
"Discovery" telekanalı özünün məşhur "Tərk edilmişlərin sirləri" layihəsinin bir bölümünü Azərbaycanın Ağdam şəhərinə həsr edib.
Sonxeber.net xəbər verir ki, filmdə deyilir ki, Ağdam dünyada azsaylı ruh şəhərlərindən biridir. Bir vaxtlar əhalinin sıx məskunlaşdığı bu Azərbaycan şəhərindən bu gün yalnız xarabalıqlar qaldığı vurğulanır. Film Ağdamın ruhlu şəhəri və onun dağıdılmasına səbəb olan faciəli hadisələrdən bəhs edir. Müəlliflər qeyd edirlər ki, Ağdam işğaldan azad edildikdən sonra Azərbaycan şəhərin dirçəldilməsi üçün plan hazırlayıb. Qarşıdakı illərdə Ağdam yenidən canlı, on minlərlə insanın yaşadığı şəhərə çevriləcək.
Kamran Seyidov