Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dayə körpənin cinsiyyət orqanına xəsarət yetirdi

Dayə körpənin cinsiyyət orqanına xəsarət yetirdi

Tarix: 1 Iyul 2022 21:02

Rusiyada Yeni Moskva kəndində 28 yaşlı dayə sərxoş olub və bir yaşlı uşağı şiddətlə döyüb.

Sonxeber.net bildirir ki, bu haqda Mk.ru yazır.

Nəşrin məlumatına görə, körpənin Türkmənistan əsilli anası hadisə barədə polisə məlumat verib. O, izahatına görə, rəfiqəsindən ev kirayələyib, və rəfiqəsi onun yoxluğunda uşağa baxmağa razılaşıb.

Bir gün işdən qayıdan qadın oğlunun üzərində döyülmə izlərini görüb. Ana izahat tələb etməyə başladı, amma rəfiqəsi qaçdı. Daha sonra narahat olan ana uşağı xəstəxanaya aparıb.

Həkimlər cinsiyyət orqanının əzilməsi və bütün bədənində çoxsaylı sıyrıqlar olan bir yaşlı uşağı cərrahiyyə şöbəsinə göndəriblər. Bir gün sonra dayə anaya mesaj göndərib və baş verənlərə görə öz oğlunu günahlandırıb. Bundan sonra telefonunu söndürüb, indi əməliyyatçılar onu axtarır.

İrfan Vəliyev


Etiketlər:  Dayə körpənin cinsiyyət orqanına xəsarət yetirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ