Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avropa Məhkəməsindən Rusiyaya TƏLƏB

Avropa Məhkəməsindən Rusiyaya TƏLƏB

Tarix: 1 Iyul 2022 23:26

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Ukraynanın Nikolayev şəhəri sakininin iddiasına xüsusi qaydada baxıb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, qadın iddia ərizəsində əri Yaroslav Oliniçenkonun Rusiya ordusu tərəfindən əsir götürüldüyünü bildirib.

İddiaçı öz ərizəsinə yerli sakinlərin və əsirlikdən azad edilən şəxslərin ifadələrini də əlavə edib. O, məhkəmədən xahiş edib ki, Rusiyadan ərinin yerinin bəyan edilməsi və mühafizə altına alınması tələb olunsun.

AİHM işlə bağlı qərarında Rusiya hökumətindən Yaroslav Oliniçenkonun Konvensiyadan irəli gələn hüquqlarına hörmət etməyə və ona zəruri hallarda tibbi yardım göstərməyi tələb edib.

Qeyd edək ki, Dumanın ötən ay verdiyi qərara görə, Rusiya AİHM-in 15 martdan sonra çıxardığı qərarları icra etməyəcək. Həmin tarixdə Rusiya Avropa Şurasından çıxıb.

İyun ayına olan statistikaya görə, AİHM-də baxılmalı olan 70 mindən çox işin 24%-i Rusiyaya aiddir.


Etiketlər:  Avropa Məhkəməsindən Rusiyaya TƏLƏB


RƏYLƏR