Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukraynanın dövlət büdcəsi necə doldurulur?

Ukraynanın dövlət büdcəsi necə doldurulur?

Tarix: 2 Iyul 2022 01:22

Ukraynanın maliyyə sistemi hələ də verilən tapşırıqların öhdəsindən gəlməkdədir, buna görə də iyul ayı xərcləri barədə narahat olmaq lazım deyil.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki,bu açıqlama ilə ölkənin maliyyə naziri Sergey Marçenko çıxış edib.

"Müharibənin dörd ayı ərzində maliyyə sistemi hələ də qarşıya qoyulan tapşırıqların öhdəsindən gəlir, biz pensiyaçılara ödənişləri, müəllimlərə, həkimlərə maaşları tam ödəyirik. O cümlədən, prioritetlərdən biri hərbçilərin maddi təminatıdır. İyulda bunu edə bilməməyimiz üçün heç bir səbəb görmürəm. Hər şey olduğu kimi sabit və nizamlı olacaq", - S.Marçenko vurğulayıb.

Maliyyə naziri əlavə edib ki, indi dövlət büdcəsi əsasən hərbi istiqrazların satışı və beynəlxalq tərəfdaşların yardımı hesabına doldurulur:

"Müharibə istiqrazlarının maksimum reklamını edirik. İyun ayında biz 4,4 milyard ABŞ dolları yığa bildik və bu, büdcənin maliyyələşdirilməsinə və bütün öhdəliklərimizin yerinə yetirilməsinə ciddi köməkdir".


Etiketlər:  Ukraynanın dövlət büdcəsi necə doldurulur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ