Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyul 2022 09:38
Dağıstanın Cənub Dairə Hərbi Məhkəməsi "Çernovik" qəzetinin təsisçisi Hacımurad Kamalovun qətlində 4 nəfəri təqsirli bilib.
Sonxeber.net lent.az-a istinadla xəbər verir ki, təqsirləndirilənlər arasında Dağıstanın baş nazirinin keçmiş müavini Şamil İsayev də var. O, 16 il azadlıqdan məhrum edilib.
Bundan başqa, məhkəmənin qərarı ilə Maqomed Abigasanov 16, Murad Şuaibov 23 və Maqomed Xazamov 24 il azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, Hacımurad Kamalov 2011-ci ilin dekabrında öldürülüb. İttihama görə, jurnalistin qətlinin sifarişini Dağıstanın baş nazirinin keçmiş müavini Şamil İsayev verib. Onun sifarişi əsasında Soqratl sakini Maqomed Abiqasanov həmkəndliləri Maqomed Xazamov və Murad Şuaibovu öldürüblər. Onların hər ikisi jurnalistə atəş açaraq həyatına son qoyublar.