Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Alla Puqaçova uşaqları ilə birlikdə Yurmala çimərliyində görüntülənib - VİDEO

Alla Puqaçova uşaqları ilə birlikdə Yurmala çimərliyində görüntülənib - VİDEO

Tarix: 2 Iyul 2022 13:55

SSRİ Xalq artisti Alla Puqaçova İsraildən Latviyaya uçub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "PeopleTalk" öz "Telegram" kanalında məlumat yayıb.

Jurnalistlər Alla Puqaçovanın övladları 8 yaşlı Liza və Harri və dayə ilə birlikdə Latviyanın Yurmala kurort şəhərində çimərlikdə gəzdiyi videonu əldə edib. Videoda Maksim Qalkin onların yanında olmayıb.

Məlumdur ki, iyunun 22-də Maksim Qalkinin İsrailə konsert turu başa çatıb. Avqustun 5-dən 13-dək şoumenin Latviyanın Liepaya, Yurmala, Tallinn, Jıxvi və Rezekne kimi şəhərlərində konsertləri planlaşdırılıb.

Alla Puqaçova və Maksim Qalkinin övladları ilə birlikdə Rusiyaya dərs ilinin əvvəlinə qayıdacağı gözlənilir. Sentyabrda Liza və Harri Qryazi kəndindəki ailə qəsrinin yaxınlığında yerləşən Birinci Moskva Gimnaziyasının üçüncü sinfinə gedəcəklər.

Milli.Az


Etiketlər:  Alla Puqaçova uşaqları ilə birlikdə Yurmala çimərliyində görüntülənib VİDEO


RƏYLƏR