Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyul 2022 15:46
ABŞ və Rusiya Suriyada döyüş bölgəsində çox sıx təmasda olduqları üçün bir-biri ilə münaqişəyə girə bilər.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Nyusvik"in köşə yazarı Bonni Kristian yazır.
Köşə yazarının fikrincə, Şərqi Avropada böhran və ölkələr arasında konfliktin güclənməsi müharibə risklərini xeyli artırır.
"Bu, hətta şahinləri də qorxudan bir fikirdir, çünki Vaşinqton və Moskvanın nüvə arsenalları dünyanı dəfələrlə məhv etməyə kifayət edər", - deyə müəllif xatırladıb.
Kristianın fikrincə, bu vəziyyətdə hər hansı anlaşılmazlıq barıt çəlləyinin fitilinin yanmasına gətirib çıxaracaq.
Jurnalist qeyd edib ki, müharibə riski ABŞ-ın daha ağlabatan təhlükəsizlik siyasəti və amerikalıların Suriyadan tamamilə çıxarılmasının köməyi ilə aradan qaldırıla bilər.